25 iyun 2022 00:45
506

Dənizdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

“Qızılqum”, “Görədil” və “Şüvəlan” sularında xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

“İki sahil” xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan üç nəfərin həyatı xilas olunub.