25 iyun 2022 00:10
565

Bunun adı qardaş köməyidir - Cahit Bağçı

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin Türkiyədə yanğınlarla mübarizəyə köməyi ilə bağlı tviter hesabında paylaşım edib.

“İki sahil” xəbər verir ki, səfir bunu qardaşlıq köməyi adlandırıb.

“Bunun adı qardaş köməyidir”, - səfir tviterdəki hesabında yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.