24 iyun 2022 18:43
504

Siyasi partiya nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğunda olublar

Zəngilana səfər edən siyasi partiya nümayəndələri Bəsitçay Dövlət Təbiət Qoruğunda olub.

“İki sahil” xəbər verir ki,  ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev nümayəndə heyətinə qoruq barədə məlumat verib.

“Bəsitçay çayı vadisində yerləşən meşə zolağının 42,2 hektarı ermənilər tərəfindən tamamilə məhv edilib. Ermənilər meşədə olan Şərq çinarlarını məhv etməklə, çayı çirkləndirməklə çox böyük ekoloji terrora imza atıblar”, - nazir müavini əlavə edib.