24 iyun 2022 18:27
497

Şahid olduq ki, azad olunmuş ərazilərdə çox böyük işlər görülür - Yusif Bağırzadə

Artıq bildiyiniz kimi, 4-cü dəfədir ki, Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr iş şöbəsi tərəfindən təşkil olunmuş belə bir səfər baş tutdu. Səfər bildiyiniz kimi, Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik bəyannaməsinin ildönümünün, yəni Şuşa bəyannaməsinin ildönümü ərəfəsində baş tutduğu üçün bunun əhəmiyyəti çox böyükdür. Son bir ay ərzində bu artıq ikinci səfərdir. İlki Şuşaya olmuşdu. 
Bu günkü səfər haqqında mənim təəssüratlarım çoxdur. Birincisi onu qeyd etmək istəyirəm ki, təşkilatçılıq yüksək səviyyədədir, yəni biz bir daha öz gözümüzlə erməni qəsbkarlığının, vandalizminin şahidi olduq. Onlar nəinki Azərbaycanın mülki vətəndaşlarına, eyni zamanda ekologiyamıza da çox böyük ziyanlar vurublar. 30 il ərzində burada olan inkfrastruktur tamamilə məhv olub.

Bu sözləri “İki sahil”ə açıqlamasında səfərdə iştirak edən politoloq Yusif Bağırzadə bildirdi.

Ekspert qeyd etdi ki, qısa müddətdə cənab Prezidentin tapşırığı ilə azad olunmuş ərazilərdə burada çox böyük işlər görülüb: "Bizim ilk dayanacağımız Cəbrayıl rayonu oldu. Xüsusi yetişdirilimiş balıqların çaya buraxılması mərasimi baş tutdu. Bu simvolik bir xarakter daşıyırdı. Yəni, ilin bu vaxtında ağac əkilmədiyinə görə, ekoloji simvol kimi balıqların çaya buraxılması mərasimi keçirildi. 

Biz Zəngilan rayonunun Ağalı kəndində də olduq. Burada “ağıllı kənd” layihəsinin təqdimatı keçirildi. Nümunə olaraq Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə tətbiq olunacaq layihəni öz gözümüzlə gördük. Bu layihə kimi Azərbaycan brendidir. Bu layihə Azərbaycan reallıqlarına uyğun tətbiq olunur. Bunun da mahiyyəti ondasn ibarətdir ki, bu kənd özü özünü, yəni xaricdən heç bir müdaxiləyə ehtiyac duymadan təmin edə biləcək. Gələcəkdə burada yaşayan sakinlər ehtiyacları olacaq hər şeyi özləri avtonom sürətdə özləri əldə edəcəklər. Burada infrastruktura uyğun hər şey quraşdırılıb. Bu layihəyə başlanılanda erməni politoloqlar heç də yaxşı fikirlər səsləndirmirdilər, lakin bir daha cənab Prezident və Azərbaycan xalqı göstərdi ki, biz xalq olaraq, dövlət olaraq hər şeyə qadirik."

Roya Rasimqızı, “İki sahil”