24 iyun 2022 18:07
487

Özbəkistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasında Ümumilli Liderin tarixi xidmətləri böyükdür

Strateji mövqe yanaşması ilə baxsaq Özbəkistan və Azərbaycan arasında bir sıra oxşar xüsusiyyətlər var ki, bunlardan da ən əsası odur ki,  hər iki dövlət yerləşdiyi regionun lider dövlətlərindəndir. Hər iki ölkənin zəngin enerji ehtiyatları, böyük iqtisadi potensialı var. Bunlardan neft və qaz ixracını xüsusi vurğulaya bilərik.

Lakin, təəssüflər olsun ki, 1992-1993-cü illərdə o dövrdəki Azərbaycan rəhbərliyi öz düşünülməmiş emossional addımları ilə iki ölkə arasındakı münasibətləri soyutmuş, mövcud bağları qırmışdır.

Bu münasibətlərin bərpası isə şübhəsiz ki, Heydər Əliyevin adı ilə bağlıdır. Onun şəxsi əlaqələri, türk liderləri arasındakı nüfuzu bu əlaqələrin bərpasında böyük əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, hələ 1970-ci illərdə Heydər Əliyevin sovet Özbəkistanının rəhbəri Şərəf  Rəşidovla aralarındakı isti münasibət sovet siyasi elitasında hamıya məlum idi. Müstəqillik illərində də Heydər Əliyev və Özbəkistan prezidenti İslam Kərimov arasında səmimi dostluq münasibətləri olmuş və bu, siyasi münasibətlərə də təsirsiz ötüşməmişdir.

Azərbaycanın Orta Asiyadakı ilk səfirliyinin də məhz Özbəkistanda açılması bunun göstəricisidir.

O zamandan indiyə qədər iki ölkə arasında bir neçə əhəmiyyətli əməkdaşlığı dəstəkləyən müqavilə imzalanıb və bu müqavilələrlə qardaş Özbəkistanla münasibətlərimizin yol xəritəsi müəyyən olunub.

Heydər Əliyev siyasi xəttinin davamçısı Cənab Prezident İlham Əliyev də Özbəkistanla münasibətləri eyni xətt üzrə inkişad etdirib. Bu münasibətlərin kulminasiya nöqtəsi isə Cənab Prezidentin Özbəkistana 21 iyun səfəri oldu. Bu səfərdən sonra münasibətlərin yeni müstəvidə inkişafı haqqında qəti fikirlər səsləndirmək olar. Cənab prezidentin "Mən bir daha gördüm ki, xalqlarımız bir birinə nə qədər yaxındır" deməsi bu münasibətləri daha da isidəcək. Yaşasın qardaş xalqların birliyi!

Zülfiyyə Yunusova,
70 saylı orta məktəbin əməkdaşı