24 iyun 2022 18:04
498

Yüksək istehsal potensiallı müdafiə sənayemiz hərbi gücümüzün əsasıdır

Ölkənin hərbi sursat istehsalı daha çox idxaldan asılı olarsa, bunun sonradan mənfi nəticələri ortaya çıxır. Buna görə də müstəqil şəkildə ordu quruculuğunu həyata keçirərkən ölkədə daxili hərbi sənaye sistemini qurmaq labüddür.

1991-1992-ci illərin epoxası buna nümunədir. Bütünlükdə hərbi sistemin və onun daxilində hərni  sənayenin iflic vəziyyətdə olması 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətimizə səbəb olmuşdu.

Həqiqi müstəqillik tariximiz başlandıqdab sonra isə hərbi sənayenin inkişafı üçün konkret işlər görüldü. Bu isə Ulu Öndərin və onun layiqli davamçısı olan Müzəffər Ali Baş komandanın adı ilə bağlıdır. Ümumilli Lider hakimiyyətə gəldikdən sonra parakandə sursat istehsalı ilə məşğul olan müəssisələr nəzarətə alındı. Onların istehsal gücü və potensialı müəyyənləşdirildi.

2005-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə sənayesi Nazirliyi yaradıldı. Müasir tələblərə cavab verən, yeni texnologiya və avadanlıqlarla təhciz olunmuş istehsal müəssisələri yaradıldı. Bu illər ərzində  açılan zavodlar arasında daha çox atıcı silahlar, zirehli vasitələr, atilleriya sursatları istehsal edən zavodların üstünlük təşkil etməsi bunun sübutudur.

Hazırda Müdafiə Sənayesi Nazirliyində 400-dən çox hərbi təyinatlı məhsulun istehsalı hərbi qüdrətimizi daha da artırıb. Milli ordumuzun müdafiə təhcizatının güclənməsi ilə Azərbaycan ordusu hazırda dünyanın ən modern orduları sırasındadır.

Hətta orduların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi ilə məşğul olan  təşkilatlar Vətən Müharibəsindən sonra ordumuzun gücünə şahid oldular və ordumuzu modern ordular üçün etalon kimi qiymətləndirdilər.

Ordumuzun gücü bundan sonra daha da artacaq. Bizim iradəmizin və gücümüzün qarşısında heç bir güc dayana bilməz!

Tofiq Rüstəmli,
SOCAR Petroleumun əməkdaşı