24 iyun 2022 17:21
472

Bayden 907-ci düzəlişin dayandırılması müddətini növbəti dəfə uzadıb

ABŞ Azərbaycana qarşı “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətini növbəti dəfə uzadıb.

“İki sahil” EADaily.com-a istinadən xəbər verir ki, bu barədə Prezident Co Bayden qərar verib.

Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə Azərbaycana birbaşa hərbi yardımı qadağan edən 907-ci düzəlişi qəbul edib. 2002-ci ildən bu düzəliş ABŞ Prezidenti tərəfindən hər il 1 il müddətinə dayandırılır.