24 iyun 2022 17:20
467

Ermənistanda hərbi hissə komandiri yanacaq oğurlayıb

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri benzin talonu oğurluğunda ittiham olunur.

“İki sahil” “Aysor”a istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, S.E. 2016-cı ildə hərbi hissə komandiri olub. Onun həmin ilin sentyabrın 8-də 2,5 milyon dram (11 min manata yaxın) məbləğində benzin yanacağının talonunu mənimsəməsinə dair çoxsaylı dəlil-sübutlar mövcuddur.

O, 2021 və 2022-ci illərdə hərbi hissənin əmlak fondundan 1 milyon 440 285 dramlıq 4 515 litr benzin, bir milyon 1 700 dramlıq 37 371 litr dizel yanacaq mənimsəyib. S.E qanunsuz yolla əldə etdiyi talonları şəxsi ehtiyacı üçün xərcləyib. O, dövlətə 2 441 985 dram məbləğində ziyan vurmaqda ittiham olunur.