24 iyun 2022 17:10
632

"Qalatasaray"ın sabiq futbolçusu Türkiyə klubunda

Türkiyənin "Adana Dəmirspor" klubu heyətini legioner futbolçu ilə gücləndirib.

"İki sahil" Superliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, Adana təmsilçisi Badu Ndiayeni heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ndiaye daha əvvəl Türkiyədə "Qalatasaray", "Trabzonspor" və "Fati Karagümrük"də çıxış edib.