24 iyun 2022 23:18
488

YAP Nərimanov rayon təşkilatı tərəfindən Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub

İyunun 24-də Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən gənclərdə hərbi vətənpərvərlik hissini gücləndirmək və Azərbaycanın hərb tarixini yaxından tanımaq məqsədilə Müdafiə Nazirliyinin nəznində yerləşən Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.

“İki sahil” xəbər verir ki, qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr günü münasibətilə həyata keçirilən ekskursiyada YAP Nərimanov rayon təşkilatının kollektivi, ƏPT-larının üzvləri və fəal gənclər iştirak ediblər.

Ekskursiya zamanı qonaqlara muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verilib. Muzey bələdçisi Azərbaycanın dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərin diqqətinə çatdırıb. 

Həmçinin, qonaqlar Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış olublar.

Eyni zamanda, muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər zalı ilə tanışlıq və Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verilən məlumatlar iştirakçılarda xoş təəssürat yaradıb.

Sonda xatirə şəkli çəkilib.