25 iyun 2022 03:26
504

Dövlət qulluqçularının fəaliyyətinə yüksək dəyər verilir

Respublikamızın hər yerində olduğu kimi, cənub mirvarisi Lənkəranda da 23 iyun dövlət qulluqçularının peşə bayramı təntənəli şəkildə keçdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov başda olmaqla İcra hakimiyyəti aparatının dövlət qulluqçuları öncə Ulu Öndər, dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzməklə ona olan hörmət və ehtiramlarını bildirdilər.

T. Qaraşov bu sahədə çalışanları peşə bayramı günü münasibətilə təbrikdən sonra çıxış etdi:- Ölkə başçısı cənab İlham Əliyev dövlətə sədaqəti ilə seçilən, fəaliyyətində qanunçuluğu, şəffaflığı əsas tutan bütün dövlət qulluqçularını diqqət mərkəzində saxlayır. Hər il bir çox dövlət qulluqçusunu peşəkar fəaliyyətlərinə görə müxtəlif dərəcəli medal və ordenlərə layiq görür. Cənab Prezident bu il Lənkəran rayonundan da bir nəfər dövlət qulluqçusunu təltif edibdi. Bu, dövlət qulluqçularının peşə fəaliyyətinə verilən ən yüksək dəyərdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü