25 iyun 2022 02:23
525

Vətəndaşları narahat edən məsələlər həll edilir

Dağlar diyarı Lerikin Mistan kəndində rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tərəfindən   vətəndaşlarla keçirilən səyyar qəbul görüşü hər iki tərəfin  razılığına səbəb oldu. Kəndə gələn icra başçısı, eləcə aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri əvvəlcə Vətən Müharibəsi şəhidi Çingiz Babayevin məzarını ziyarət etdilər, ətrafına gül dəstələri düzdülər.

İcra başçısı kənd sakinlərin qarşısında çıxış etdi:-  Buraya gəlişimizin əsa məqsədi sizi narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırmağa köməkdir.  Buda  ölkə rəhbərinin öz xalqına olan məhəbbətdən irəli  gəlir. Onu da  deməliyəm ki, dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir, bir sıra əhəmiyyətli sosial proqramlar həllini tapır. Azərbaycanın iqtisadi qüdrətinin artması mərkəzdən uzaq rayonların  inkişafına daha çox  təsir göstərir.  Bu baxımından  Lerik rayonunda da bir sıra infrastruktur layihələri həyata keçirilir, yeni iş yerləri açılır, əhalinin maddi rifahı yüksəlir.  Son illər rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri  buna  gözəl nümunədir.

Səyyar qəbulda kənd sakinləri  rayonda,  eyni zamanda Mistan ərazisində aparılan abadlıq və yenidənqurmadan  razılığını bildirdilər,  həli vacib olan bir sıra  məsəllər barədə  icra başçısından kömək istədilər.  İcra başçısı qanunvericiliyə uyğun, problemlərin operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi, həlli mərkəzi icra hakimiyyətin  orqanlardan asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.

Son sözü adəti üzrə yenə də vətəndaşlar dedilər. Belə ki, onların müraciətlərinə xüsusi diqqət göstərildiyi üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlığını söylədilər.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü