24 iyun 2022 15:36
455

Özbəkistan Beynəlxalq Türk Akademiyasında rəsmi müşahidəçi statusu alıb - FOTO

Özbəkistan Beynəlxalq Türk Akademiyasında rəsmi müşahidəçi statusu alıb.

“İki sahil” xəbər verir ki, bu barədə akademiyanın Elmi Şurasının Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən V iclasında qərar qəbul olunub.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Türk Akademiyasının binası qarşısında Özbəkistanın dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, təşkilata üzv ölkələrin təhsil nazirləri, Qazaxıstan Xarici İşlər Nazirliyinin təmsilçiləri, səfirlər, dövlət və ictimai xadimlər, tanınmış alim və türkoloqlar, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2019-cu ildə Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 8-ci Zirvə Görüşündə Özbəkistan Təşkilatın tamhüquqlu üzvü kimi qəbul edilib. Bundan sonra Özbəkistan tərəfi Türk Akademiyasında müşahidəçi dövlət statusunun alınması üçün rəsmi ərizə təqdim edib. Akademiyada müşahidəçi statusu alan ilk ölkə isə Macarıstan olub.