24 iyun 2022 13:56
650

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub - MN

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

“İki sahil” xəbər verir ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.