Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində meşə massivində baş verən yanğınları törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"İki sahil"in Türkiyə mətbuatına istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları tərəfindən həmin şəxsin kimliyi müəyyənləşdirilib və tutularaq istintaqa təhvil verilib.