24 iyun 2022 12:55
443

"Cəbrayıl" UEFA Region Kubokunda ilk görüşünə çıxır

Bu gün Azərbaycanda keçirilən UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin 2-ci qrupunun  oyunlarına start veriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə qarşılaşacaq.

Şamaxı şəhər stadionunda keçiriləcək oyunu Polşa və İsraildən olan hakimlər idarə edəcək:

24 iyun

UEFA Region Kuboku

16:00. “Kolos” - “Cəbrayıl”

Baş hakim: Damian Silvestrjak (Polşa)

Şamaxı şəhər stadionu

Qeyd edək ki, ötən gün 1-ci qrupun ilk turunda Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”a 3:1 hesabı ilə qalib gəlib.