24 iyun 2022 12:42
478

“Şuşa söhbətləri”nin ikinci görüşü baş tutub

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Şuşa İli” çərçivəsində həyata keçirdiyi “Şuşa söhbətləri” (Shusha talks) layihəsinin ikinci görüşü baş tutub.

“İki sahil” xəbər verir ki, görüşdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bloger və influenserlər, eləcə də yaradıcı sənayenin üzvləri iştirak edib və "Şuşa ili" çərçivəsində Mədəniyyət Nazirliyinin tədbirlər planı və “Musiqinin Şuşaya qayıdışı” mövzusu müzakirə olunub.

Çıxış edən Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə nazirliyin "Şuşa ili" çərçivəsində həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. O, qurumun bundan sonra da davamlı şəkildə təbliğat məqsədli layihələri davam etdirəcəyini qeyd edib.

Daha sonra tanınmış incəsənət xadimləri ilə "Musiqinin Şuşaya qayıdışı" mövzusunda panel keçirilib.