24 iyun 2022 12:26
456

KOB klaster şirkətləri və iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub

Vergi Məcəlləsində KOB klaster şirkətləri və KOB klasterinin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” adlı konfransda çıxış edərkən KOBİA-nin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu modelin tətbiqi üçün normativ-hüquqi bazanın tamamlanması istiqamətində işlər aparılır.

"Ümumiyyətlə, KOB klasterlərinin formalaşması daha intensiv və dayanıqlı iqtisadi inkişafı və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsini stimullaşdıracaq, həmçinin yüksək əlavə dəyər yaratmaqla iqtisadiyyatın mürəkkəbliyini artıracaq. Bu biznes modelləri işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə yenidən inteqrasiyası prosesində geniş tətbiq sahəsinə malikdir", - deyə Orxan Məmmədov qeyd edib.