24 iyun 2022 12:10
489

Azərbaycanda KOB İnkişaf Fondu yaradılır

Azərbaycanda kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondu yaradılır.

“İki sahil” xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” adlı konfransda çıxış edərkən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlı olacaq.

"Həmçinin, investisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud olan göstəricilərdən daha aşağı olacaq. KOB İnkişafı Fondunun təşkilati forması ASC olacaq ki, bu da öz növbəsində dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etməyə imkan yaradacaq",- deyə Orxan Məmmədov qeyd edib.