24 iyun 2022 11:43
441

Samir Şərifov: QDTİB-I Qarabağa investisiyalara dəvət edirik

Qara Dəniz Ticarət və İnkişaf Bankını (QDTİB) Qarabağa investisiyalara dəvət edirik.

“İki sahil” xəbər verir ki, QDTİB-nin Bakıda keçirilən 24-cü İllik Toplantısında bunu Maliyyə Naziri Samir Şərifov deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionun bərpa və yenidənqurma işlərinə ötən il və cari ildə 3 milyard dollardan artıq vəsait ayrılıb. 2021-ci ildə bu vəsaitin artıq 1,3 milyard manatı həmin məqsədlər üçün istifadə edilib.

Nazir vurğulayıb ki, bununla yanaşı, Qarabağın yenidənqurma prosesində beynəlxalq maliyyə təşkilatlarının, o cümlədən QDTİB-nin iştirakı zəruridir:"Bankın kapital-maliyyə resurslarının digər beynəlxalq maliyyə təşkilatlarına nisbətən aşağı olması və özəl sektorun maliyyələşdirilməsində ixtisaslaşmasını nəzərə alaraq Qarabağ və Şərqi Zəngəzurda yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik. Müvafiq hazırlıq işlərinə indidən başlamağı məsəqəuyğun hesab edirik".

O əlavə edb ki, yeni nəqliyyat-kommunikasiya xətlərinin qurulması, Qarabağın ölkə iqtisadiyyatına inteqrasiyası təkcə Azərbaycana deyil, bütün region ölkələrinə böyük fayda gətirəcək, regional inkişafa böyük təkan verəcək.