Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın iki bankına 15 milyon dollar kredit ayırıb.
“İki sahil” xəbər verir ki, QDTİB-nin ayırdığı kreditin 10 milyon dolları "Rabitəbank"ın, 5 milyon dolları "Turan Bank"ın payına düşüb.
"Rabitəbank"ın İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin "APA-Economics" bildirib ki, ayrılan kredit istehsal, ixrac ticarət və aqrar sahədə fəaliyyət göstərən kiçik və rota biznesin dəstəklənməsinə yönəldilək.
Qeyd edək ki, QDTİB-nin Bakıda keçirilən 24-cü İllik Toplantısında hər iki bankla bununla bağlı əməkdaşlıq müqaviləsi imzalanacaq.