24 iyun 2022 10:58
449

AFFA Hakimlər Komitəsinin sədri ilə yollarını ayırdı

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchliklə yolları ayırıb.

"İki sahil" qurumun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı ilə başa çatan müqavilə yenilənməyib.

AFFA 2018-ci il sentyabrın 14-dən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmış Fritz Stuchlikə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.