24 iyun 2022 10:25
400

Əmtəə bazarlarında qızıl ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,16% azalaraq, 1 826,8 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,07% artaraq 21,11 dollar təşkil edib.