24 iyun 2022 00:41
526

Teymur Rəcəbov yenə heç-heçə etdi

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2,5 xalla 6-7-ci yerləri bölüşür.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.