23 iyun 2022 19:10
514

Cüdoçumuz erməni rəqibini məğlub etdi

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki,  bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, -50 kq. çəkidə Məhəmməd Məmişov ermənistanlı rəqibi Qor Safaryan üzərində qələbə qazanaraq Avropa çempionatının bürünc mükafatçısı olub.