23 iyun 2022 17:45
547

Azərbaycanlı cüdoçu erməniyə qalib gəlib finala çıxdı

Azərbaycan cüdoçusu Şahin Orucov yeniyetmə idmançılar arasında Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı yarımfinalda ermənistanlı Vahe Aqasyanla qarşılaşıb. Rəqibinə qalib gələn Orucov həlledici görüşə vəsiqə qazanıb.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva qızıl medal uğrunda yarışacaq. 48 kq-da çıxış edən idmançının finaldakı rəqibi isveçli Tara Babulfat olacaq.

50 kq-da Məhəmməd Məmişov finala gedən yolda fransalı Kays Gettari, 60 kq-dakı Nizami İmranov isə ukraynalı Nazar Viskovu sınağa çəkəcək.