01 avqust 2020 14:45
597

319 əməkdaş barədə intizam tənbeh tədbirləri görülüb

İlin birinci yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 319 əməkdaş barədə intizam tənbeh tədbirləri görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Nazirliyin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu dövrdə Nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.