26 may 2022 00:36
544

Qərbin ağır silahlarına ehtiyacımız var

“Ukrayna əsgərlərinin və mülki vətəndaşlarının ölümünün qarşısını almaq üçün Qərbin ağır silahlarına ehtiyacı var”.

“İki sahil” xəbər verir ki,  bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Ukrayna XİN başçısı Kuleba Almaniyanın onun ölkəsinə ağır silahların tədarükünə rəhbərlik edən ölkə olmayacağını başa düşdüyünü, lakin ölkənin “Gepard” özüyeriyən zenit-raket sisteminin Kiyev üçün “xəyal” olduğunu deyib.

“Ağır silahlar almasaq, öldürüləcəyik” ,- deyə nazir bildirib.

O, Ukraynanın silah tələbləri ilə bağlı “həddindən artıq irəli getməsi” ilə bağlı tənqidlərdən xəbərdar olduğunu, lakin Almaniyanın hücuma məruz qalacağı və əhalisinin öləcəyi təqdirdə bu ölkənin də eyni şey edə biləcəyini və hətta bundan artığını tələb edə biləcəyini deyib.

Dmitri Kuleba qeyd edib ki, o, Almaniyaya onun ölkəsinin yaşadığı problemi yaşamağı arzu etmir.