25 may 2022 23:21
535

Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır.

“İki sahil” xəbər verir ki,  bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

O bildirib ki, hazırda məsələ araşdırılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və az olması görünür.