25 may 2022 22:38
538

ABŞ Şimali Koreyaya COVID-19 ilə mübarizədə kömək etməyə hazırdır

Amerika Birləşmiş Ştatları Şimali Koreyaya koronovirusun yayılmasına görə kömək etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisinin müavini Mark Lambert xarici mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, ölkəsi koronovirusa qarşı peyvəndin tədarükündə KXDR hakimiyyətinə kömək etməyə hazırdır.

Mark Lambert bu yardımın Koreya yarımadasının nüvəsizləşdirmə siyasətinə yönəlmiş səylərlə əlaqələndirilmədən ediləcəyini açıqlayıb.

O vurğulayıb ki, Vaşinqton “KXDR-də COVID-19-un ciddi şəkildə yayılmasından narahatdır.