25 may 2022 22:22
492

Qaxa dolu yağıb

Qax rayonuna dolu yağıb.

“İki sahil” xəbər verir ki,  dolu əsasən şəhər ərazisinə və bir neçə kəndə düşüb.

Təqribən bu gün axşam saat 21:30-dan etibarən yağmağa başlayan dolu 10 dəqiqə müddətində davam edib. Dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, şimal-qərb bölgəsində dünəndən etibarən qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış axşam saatlarında doluya çevrilib.