25 may 2022 18:30
646

Müstəqillik Günündən sonra 5 günlük məktəblərdə ilk iş günü 31, 6 günlüklərdə 30 mayda olacaq

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.

“İki sahil” xəbər verir ki,  Təhsil Nazirliyindən verilən xəbərə görə, altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.