23 may 2022 16:45
961

SOCAR “Ümid-1 Stasionar Dəniz Özülündə hasilatın sürətləndirilməsi” layihəsi üzrə hədəflərini açıqlayıb - VİDEO

SOCAR “Ümid” yatağında “Ümid-1 Stasionar Dəniz Özülündə hasilatın sürətləndirilməsi” layihəsi üzrə hədəflərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı SOCAR rəsmi “youtube” kanalında paylaşım edib.

Paylaşımda əsas hədəflərə nəql sisteminin məhdudiyyətlərini aradan qaldırmaq, gündəlik qaz hasilatının 3 milyon m³-dən 8,1 milyon m³-ə və kondensat hasilatının 470 tondan 1200 tona qədər artırılmasına nail olmaqdır.

Qeyd edək ki, “Ümid- Babək” bloku Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində kəşf olunan qaz yatağıdır. “Ümid” yatağı 2010-cu ildə SOCAR-ın daxili imkanları hesabına kəşf etdiyi ilk qaz-kondensat yatağıdır. Yataqda ilkin hasilata 2012-ci ildə başlanılıb.  İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.