21 may 2022 22:46
376

Kreml Bayden ilə Morqan Frimanın Rusiyaya girişini birdəfəlik qadağan edib 

Rusiya ABŞ vətəndaşlarına qarşı yeni sanksiya tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni sanksiyalara əsasən 963 nəfərin Rusiya girişi birdəfəlik qadağan edilib.

Siyahıya ABŞ Prezidenti Co Bayden, prezidentin oğlu Hanter Bayden, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey, ABŞ Maliyyə Nazirliyinin xairici aktivlərə nəzarət idarəsinin direktoru Andrea Qaki, Baş Prokuror Merrik Qarland, prokurorlar Erik Kenerson və Rendall Cekson, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas, Milli Təhlükəsizlik Agentliyinin direktoru Pol Nakasone, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan daxil edilib.

Bununla yanaşı, amerikalı konqresmenlər, nazirlər və hərbi sənaye kompleksinin bir sıra nümayəndələri də sanksiyalar siyahısına düşüb. Moskva həmçinin “Dreamworks Animation” animasiya studiyasının baş direktoru Ceffri Katsenberq və aktyor Morqan Frima qarşı da sanksiya tətbiq edib.