21 may 2022 21:23
492

Yürüş iştirakçıları Paşinyanın iqamətgahına çatıb YENİLƏNİB

İrəvanda müxalifətin təşkil etdiyi yürüşdə iştirakçılar baş nazir Nikol Paşinyanın iqamətgahına çatıb.

Bu barədə “RİA Novosti“ agentliyi məlumat yayıb.

***

Bu gün İrəvanın “Fransa” meydanında Müqavimət Hərəkatının mitinqi keçirilir.

“İki sahil” xəbər verir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

"RİA Novosti"nin məlumatına görə, aksiyaçılar Baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüş edirlər.

Etiraz yürüşünü avtomobillər müşayiət edir.