21 may 2022 19:32
350

Hindistanda şiddətli yağışlar 14 nəfərin həyatına son qoyub

Hindistanın şimal-şərqindəki Assam ştatında həftə ərzində yağan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 14-ə çatıb.

"İki sahil" xəbər verir ki, son sutka ərzində ikisi uşaq olmaqla 4 nəfərin meyiti tapılıb. Ştatın bir neçə rayonu üzrə hələ də 7 nəfər itkin hesab olunur.

Güclü yağışların əmələ gətirdiyi sel, daşqın, sürüşmə, palçıq axını 700 mindən çox sakinə mənfi təsir edib, təxminən 75 min nəfər təxliyə edilib. Kommunikasiya xətlərinə, avtomobil və dəmir yolu şəbəkəsinə ziyan dəyib. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb. Ümumilikdə, 80 min hektardan çox əkin sahəsi su altında qalıb.

Təbii fəlakətlə mübarizəyə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər də cəlb olunub.