21 may 2022 15:21
992

Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında israrlıdır

Azərbaycan və Litva prezidentləri mayın 18-də mətbuata bəyanatlarla çıxış edərkən  ölkəmizin başçısı öz bəyanatında bir daha Azərbaycan həqiqətlərinə diqqət çəkdi. Prezident cənab İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri ilə məşğuldur. Ermənistan tərəfindən təxminən 30 il davam etdirilmiş işğal nəticəsində həmin ərazilər tamamilə dağıdılımış, bütün infrastruktur yerlə yeksan edilmişdir. Ölkə başçısı qeyd etdi ki, beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Horasiması” adlandırırlar. Horasimadan fəqrli olaraq Ağdam, eləcə də digər ərazilər atom bombasının partlaması nəticəsində dağıntılara məruz qalmayıb. Bu ərazilər erməni barbarlığı və vandalizmi nəticəsində dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirən Azərbaycan Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Hələ hərbi əməliyyatlar bitən kimi Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası təklifini vermişdi. Daha sonrakı mərhələdə isə Azərbaycan dövləti BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun qaydada Ermənistana 5 əsas prinsip irəli sürmüşdür. Rəsmi İrəvan bu prinsipləri qəbul etsə də hazırda məsuliyyətsiz mövqe sərgiləməklə məşğuldur. Lakin Ermənistan unutmamalıdır ki, bu 5 prinsipin şərtlərinə əməl etmək məcburiyyətindədir.  Avropa İttifaqının üzvü olan Litvanın Prezidenti ilə görüş zamanı bu faktların ölkə başçısı tərəfindən səsləndirilməsi Azərbaycanın sülh və təhlükəsizlikdə maraqlı olmasının bir daha bəyan edilməsi, Ermənistanın isə məsuliyyətsiz, sülhə təhdid mövqeyindən əl çəkə bilməyən bir ölkə kimi ifşası hesab edilə bilər.

Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında və Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Azərbaycan-Litva münasibətlərinin uzunmüddətli tarixə malik olduğunu bildirərək ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini vurğuladı. Bu səfərdən sonra isə əməkdaşlıqlar daha yüksək səviyyədə qurulacaq, ikitərfəli münasibətlər daha da inkişaf etdiriləcəkdir.

Ümumiyyətlə, Azərbaycan əməkdaşlıq etdiyi hər bir ölkə və beynəlxalq təşkilatla münasibətlərin yüksək səviyyədə olmasında maraqlıdır. Bu isə ölkəmizin etibarlı tərəfdaş olmasından irəli gəlir. Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri isə Litvanın da üzv olduğu Avropa İttifaqıdır. Ölkəmizlə Avropa İttifaqının əməkdaşlığı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində uğurla inkişaf edir. Avropa İttifaqı ilə əməkdaşlıq  bır sıra  sahələri - enerji, nəqliyyat təhlükəsizliyi, ticarət və digər sahələri əhatə edir. İqtisadi inkişaf göstəricləri davamlı olaraq yüksələn Azərbaycan artıq enerji və nəqliyyat sahəsində önəmli ölkəyə çevrilməyi bacarmışdır. Öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkəmiz eyni zamanda Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Nəticədə isə Azərbaycan tərəfdaşlar qazanmaqla yanaşı özünün ixrac imkanlarını da genişləndirir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı