20 may 2022 12:14
299

Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləği dəyişib

Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişiklikliyə əsasən bir sıra dövlət rüsumlarının, o cümlədən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat topluları ilə bağlı dövlət rüsumlarının məbləğləri orta hesabla 50-100 faiz artırılıb. Ölkədə aparılan sosial yönümlü siyasətin əsas istiqamətlərindən biri də vətəndaşların rifahının yaxşılaşdırılması və bu məqsədlə mütəmadi olaraq əmək haqlarının artırılmasıdır. Bu baxımdan Agentliyin tabeliyində olan qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək haqlarının artırılması da Agentliyin diqqət mərkəzindədir.

Bu istiqamətdə aparılan təhlillər nəticəsində əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı sahəsində göstərilən xidmətlərə görə xidməthaqlarının məbləğlərinin orta hesabla 50 faiz artırılması məqsədəuyğun hesab olunur.