20 may 2022 12:20
490

Pərviz Şahbazov: Azərbaycan "yaşıl" elektrik enerjisi ixracını təşkil etməyi planlaşdırır

Azərbaycan bərpa olunan enerji mənbələrindən hasil edilən elektrik enerjisi ixrac edən ölkəyə çevrilməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ərəb KİV-lərinə müsahibəsində deyib.

"Azərbaycan ənənəvi olaraq neft və qaz istehsalçısı və ixracatçısı hesab olunur, amma, eyni zamanda, həm də elektrik enerjisi ixrac edir. Biz indi dinamik şəkildə bərpa olunan enerji mənbələrini inkişaf etdiririk. Biz, həmçinin, "yaşıl" elektrik enerjisi ixrac edən ölkəyə çevrilmək niyyətindəyik", - P.Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizədək çatdırmğı planlaşdırır.

"Amma bu, yekun hədəf deyil. Yaxın illərdə biz bu məsələni nəzərdən keçirəcəyik və bərpa olunan enerji mənbələrinin enerji istehsalında payını daha da artıracağıq", - deyə o bildirib.