20 may 2022 09:52
1377

Jurnalist Qadir İbrahimli vəfat edib

Jurnalist Qadir İbrahimli vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, o, bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!