20 may 2022 09:31
325

XİN başçıları birgə bəyanat imzalayıblar

Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokol sənədlərinin qısa bir zamanda ratifikasiya olunmasına dəstək verəcəklərini bəyan ediblər.

"İki sahil" Latviya mətbuatına istinadla xəbər verir ki, Baltikyanı ölkənin xarici işlər nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasına dəstək məqsədilə birgə bəyanat imzalayıblar.

Bəyanatda Baltikyanı ölkələrin skandinaviyalı dostlarına Alyansa qəbul olunmaları üçün bütün mümkün dəstəyi göstərəcəyi bildirilir. “Biz qoşulmağa dair protokol sənədlərinin imzalandıqdan sonra dərhal ratifikasiya edilməsini öhdəmizə götürürük”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatda Finlandiya və İsveç ölkələrinin NATO-ya üzvlüyünun Baltik dənizi regionunun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcəyi, həmçinin regional müdafiə, təhlükəsizlik əməkdaşlığı üçün yeni perspektivlər açacağı da vurğulanır.