20 may 2022 00:31
176

360 milyon avroluq müqavilə

İspaniya "Real Madrid"i "Sixth Street" investisiya şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

“İki sahil” "kral klubu"nun rəsmi saytına istinadla xəbər verir ki, anlaşmanın müddəti 20 il, dəyəri isə 360 milyon avrodur.

Madrid təmsilçisi bu vəsaitlə ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun yenidən qurulması işlərini davam etdirəcək.

"Sixth Street" şirkəti isə bilet satışı istisna olmaqla, arenadakı digər bütün tədbirlərdən əldə olunacaq gəlirlərin 30 faizini özünə götürəcək.