19 may 2022 18:52
344

İran Prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə İran Prezidenti Seyid İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.