19 may 2022 18:48
402

Bu ay azad edilmiş ərazilərdə 950 hektardan çox ərazi minalardan tam təmizlənib

Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış böyüş sursatlarından tam təmizlənib.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.