19 may 2022 21:03
481

İtaliya və İsveçdə meymun çiçəyi xəstəliyi?

İtaliya və İsveçdə insanda meymun çiçəyi xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.

Hazırda ekspertlər Stokholm sakininin virusa harada və necə yoluxduğunu, eləcə də ölkədə başqa yoluxmuş şəxslərin olub-olmadığını araşdırır. “TASS” xəbər verir ki, xəstədə xəstəlik yüngül formada davam edir, ona lazımi yardım göstərilib və təcrid olunub. Gəncin bu yaxınlarda Kanar adalarından qayıtdığı məlum olub.

Daha əvvəl bildirilmişdi ki, çiçəyə yoluxma halları Böyük Britaniya, Portuqaliya, İspaniya və ABŞ-da müəyyən edilib. “Rospotrebnadzor” bu gün Rusiyada yoluxma hallarının olmadığını və infeksiyanın ölkəyə gətirilmə riskinin aşağı səviyyədə olduğunu bildirib.

Meymun çiçəyi insanlara heyvanlardan keçən nadir virus infeksiyasıdır. Əksər xəstələr bir neçə həftə ərzində sağalır, lakin ağırlaşmalar baş verə bilər. Simptomlara qızdırma, səpgi, baş və əzələ ağrısı, şişkin limfa düyünləri və yorğunluq daxildir.

Nubar Süleymanova, “İki sahil”