19 may 2022 17:57
387

Cüneyt Çakır DÇ-2022-dən kənarda qaldı

Türkiyəli FİFA referisi Cüneyt Çakır DÇ-2022-nin oyunlarına təyinat almayacaq. 

“İki sahil” xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Qurumun DÇ-2022 üçün adlarını açıqladığı hakimlərin arasında Çakırın adı yoxdur. 

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə keçiriləcək.