19 may 2022 17:52
374

"Siti"nin yeni forması - FOTO

"Mançester Siti" 2022/23 mövsümündə ev oyunlarında geyinəcəyi formanı təqdim edib.

“İki sahil” xəbər verir ki, geyim komandanın 1960-70-ci illərdəki uğurlarına həsr olunub. Forma mavi rəngdədir. Onun boğaz və qol hissəsində qırmızı və ağ rəngli zolaqlar var. 

Xatırladaq ki, 1960-1970-ci illərdə “Mançester Siti” İngiltərədə bütün milli kubokları, 1970-ci ildə isə UEFA Kubok Qalibləri Kubokunu qazanmışdı.