19 may 2022 16:30
566

Əgər nə yeyirsinizsə...

Psixoloqlar yemək tərzinin və yeməyin bişirilmə üsulunun insanların xarakteri haqqında ipucu verdiyini açıqlayıblar.

Yeməyin sürəti: Sürətli yemək şöhrətpərəstlik və səbirsizliyin əlamətidir. Yeməyi sürətli yeyənlər, eyni zamanda, bir neçə işi görməyə hazırdırlar. Onlar paylaşırlar, yaxşı həyat yoldaşı olurlar. Asta yemək isə hər şeyi nəzarətdə saxlamağa işarədir. Belə insanlar həyatlarından razı olurlar. Yemək zamanı mızıldamaq  isə narahatlıq və nevrozluğun əlamətidir.

Yumurta: Qaynadılmış yumurta sevənlər səbirli, tədbirli və dözümlüdürlər. Yumşaq sevənlər isə enerjili, yaradıcı və həssasdırlar.

Ət: Həddindən artıq bişmiş ət sevənlər hər şeyi sakit qəbul edir və sakit davranırlar. Az və ya orta bişmiş ət sevənlər ekstravert, həyacanlı və ehtiraslıdırlar.

Şokolad: Otaq temperaturunda  şokolad yeməyə üstünlük verənlər dinamik, praktik və faydalıdırlar. Şokoladı soyuducudan yeyənlər ehtiyatlı, həvəsli və mədəni olurlar.

Kartof: Qısa formada doğranılmış kartofun qızartmasını sevənlər çalışqan, mühafizəkar və sadiqdirlər. Uzun formada qızarmış olanını sevənlər isə maraqlı, dəblə yaşayan və uşaq xasiyyətli olurlar.

Qızardılmış çörək: Az qızardılmış sevənlər mükəmməlliyə meyillidirlər, asanlıqla populyarlaşırlar. Çörəyi çox qızardılmış sevənlər azad ruhlu, özünü təmin edən və adrenalin həvəskarı olurlar.

Vüsal Cahanov, “İki sahil”