19 may 2022 14:45
455

Tanınmış həkimdən xərçəngə qarşı çay resepti

Həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə xərçəng xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün resept paylaşımı edib.

“İki sahil” xəbər verir ki, həkim bildirib ki,hərəsindən 0.5 kq udi-hindi və qara zirə toxumu üyüdülüb toz formasına salınır, bir-birinə qarışdırılır, şüşə bir balona tökülüb saxlanılır: "Gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl qarışıqdan 1 çay qaşığı götürüb 200 ml (1 stəkan) qaynar suya qarışdırılır. 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib içilir və ya gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır üzərindən 1 stəkan su içilir".

Həkim əlavə edib ki, bu qarşımın dadı xoşagələn olmasa da şəfalıdır: "Bu resepti həmin qarışım qurtarana qədər etsəniz nəticəni özünüz görəcəksiniz".