19 may 2022 10:05
451

Bu şəhərdə pişiklərin küçəyə çıxarılması qadağan olundu

Almaniyanın cənub-qərbindəki Valdorf şəhərində nadir quşları qorumaq üçün pişiklərin çölə çıxması qadağan edilib.

“İki sahil” xəbər verir ki, səlahiyyətlilər çoxalma mövsümündə nadir kəkilli torağayı qorumaq üçün pişik sahiblərindən avqustun sonuna qədər pişiklərini evdə saxlamağı xahiş ediblər.

Müvafiq qərar yerdə yuva quran və beləliklə də pişiklər üçün asan şikar olan kəkilli torağayı qorumaq üçün nəzərdə tutulub.

Qərar şəhərin cənub hissəsindəki bütün pişiklərə şamil ediləcək və 3 il müddətində təkrarlanacaq.